Biləsuvar rayonunda pambıq yığımına start verilib.
Report Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinə istinadən xəbər verir ki, məhsul əsasən maşınlarla yığılacaq
Bu il rayonda 7 050,8 hektar sahədə pambıq əkilib.
Yığımda istifadə olunacaq müxtəlif təyinatlı texnikalar saz vəziyyətə gətirilib. Pambıq yığımında 52 maşın iştirak edəcək. Bununla yanaşı, 115 traktor və 265 yedəkli lafetdən də istifadə olunacaq.
Pambıq kollarının yarpaqlarının tökülməsi məqsədi ilə tarlalarda defolvasiya işləri cari ayın sonu aparılacaq.