Biləsuvar rayonu, İsmətli kənd tam orta məktəbində "Narkomaniya cəmiyyətin qəddar düşmənidir" mövzusunda tədbir keçirilib.
Cenublu.az xəbər verir ki, tədbirdəBiləsuvar RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Pərviz Məmmədov çıxış edib. O, bildirib ki, narkomaniya, narkotik tərkibli maddələrin istehsalı və onlardan istifadə bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli problemlərdən biri olmaqda davam edir.
Görüş Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə baş tutub.