Biləsuvar şəhərinin küçələrində abadlıq və təmizlik işləri aparılıb.
Cenublu.az Biləsuvar Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, M.Ə.Sabir və Bakı küçələrində təmizlik işləri həyata keçirilib, yolun kənarlarında alaq otları biçilib, ərazidəki ağaclar budanıb, məişət tullantıları və lazımsız tikinti materialları götürülüb.
İşlər Kommunal Müəssisələr Kombinatının və “DOST” xidmətinin əməkdaşları tərəfindən görülüb.