Biləsuvar rayonu Bəydili kənd və Nəsimi kənd tam orta məktəbləri üçün yeni bina tikilir.
Report xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Həmçinin Biləsuvar rayonu üzrə 2 ümumi təhsil müəssisəsində və 1 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri həyata keçirilib.