Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişib.
Cenublu.az xəbər verir ki, rayon sakini, 59 yaşlı Namiq Məmmədov sükan arxasında olarkən halı pisləşib. O, idarə etdiyi avtomobilində ölüb.
N.Məmmədovun ürəktutmasından vəfat etdiyi bildirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib.