“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Cəlilabadda qəbul keçirəcək.
Cenublu.az “Azəristiliktəchizat” ASC-ya istinadən xəbər verir ki, görüş sentyabrın 12-i saat 10:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Burada Cəlilabad, Biləsuvar və Cəbrayıl sakinlərinin istilik və isti su təchizatı ilə bağlı suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.
Məlumat və əlaqə üçün: 077-419 00 57; 077- 418 00 18.