“Azəriqaz” İstehsalat Birliyinin (İB) rəhbərliyi Masallı rayonunda vətəndaş qəbulu keçirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyul tarixində İB-yə istinadən verir.
Qəbul iyulun 5-də saat 12:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Görüş zamanı Masallı və Yardımlı rayonları sakinlərinin müraciətləri dinləniləcək.
Əlavə məlumat almaq istəyən şəxslər Lənkəran Regional Qaz İstismarı İdarəsinə (tel: 051-792-79-95; 050-329-66-96) müraciət edə bilərlər.