Polis mayoru dünyasını dəyişib.
Cenublu.az-ın əldə etdiyi məlumata görə, polis mayoru, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Təşkilati İnspeksiya Bölməsinin baş inspektoru İkram Məmmədov Əlibaba oğlu ötən gün ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, o, bu təyinata qədər Masallı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə çalışıb.