top
Ayı ödü yedi, qəza törətdi – Ölümlə nəticələnən hadisənin TƏFƏRRÜATI
17 oktyabr 2024, 04:57
- ↺ +

Ayı ödü yedi, qəza törətdi – Ölümlə nəticələnən hadisənin TƏFƏRRÜATI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin 11 aprel tarixində Masallıda baş vermiş ağır yol qəzasına görə açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Hişkədərə kənd sakini 1985-ci il təvəllüdlü T.Dadaşov Cinayət Məcəlləsinin 263-1.3-cü (Sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi) maddəsi ilə təqsirli bilinib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə T.Dadaşov sürücülük vəsiqəsini Rusiyada aldığını, ancaq Azərbaycanda təsdiqlətdirmədiyini bildirib.

O, piyada Şirəli Əliyevin öldüyü hadisədən əvvəl spirtli içki qəbul etmədiyini, lakin həmin gün ayı ödü yediyini söyləyib: “Uşağın istədiyi çipsi bizə yaxın mağazada olmadığı üçün “VAZ 2109” markalı maşınla başqasına getdik. Avtomobildə qızımdan başqa heç kim yox idi. Sərxoş olub-olmadığımı həkim yoxlayıb. Qəzanın baş verdiyi gün ayı ödü yemişdim. Ödün tərkibində, ola bilsin ki, spirt olub, ancaq məni sərxoş edəcək dərəcədə ola bilməzdi. Rusiyadan Azərbaycana bir il olar, gəlmişəm. Mərhum Şirəlini uşaqlıqdan tanıyırdım, onunla münasibətim yaxşı olub. Hadisə günü, yəni aprelin 11-i spirtli içki qəbul etməmişdim. Ayı ödü rəhmətlik atamdan qalmışdı”.

Mərhum Ş.Əliyevin həyat yoldaşı məhkəmədə T.Dadaşova qarşı 100 min manatlıq mülki iddia qaldırıb.

Məhkəmə təqsirləndirilən sürücüyə 5 il 6 ay həbs cəzası verib. Onun sürücülük hüququ da əlavə olaraq 4 il 6 ay müddətə məhdudlaşdırılıb.

Bundan başqa, mülki iddia qismən təmin edilib. Dəfndə çəkilmiş xərclər daxil olmaqla, vurduğu maddi ziyana görə 6000, mənəvi ziyana görə 3000 manat məbləğin T.Dadaşovdan tutularaq zərərçəkmiş tərəfə ödənilməsinə qərar verilib.

Qeyd edək ki, ayı ödü bir çox şəxslər tərəfindən tibbi məqsədlərlə qida əlavəsi kimi qəbul edilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Bu gün, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Bu gün, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Bu gün, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Oxşar xəbərlər