Xəzər dənizinin Astara sahilində təmizlik aksiyası baş tutub.
Cenublu.az xəbər verir ki, aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları, yerli kommunal müəssisə kombinatlarının nümayəndələri, rayon sakinləri və könüllülər iştirak ediblər.
Təmizlik aksiyaları insanları təbiətə qarşı daha məsuliyyətli olmağa və tullantıları düzgün idarə etməyə təşviq etmək, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etmək məqsədilə mütəmadi olaraq keçirilir.