Astara rayonunun Seləkəran kəndində şiddətli yağışlardan sonra fəsadlar yaşanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyun tarixində Bizim.media-ya istinadən verir.
Belə ki, kənddə şəxsi evlər subasmaya məruz qalıb. Evlərdən birinin zirzəmisi su ilə dolduğundan ora yığılan tikinti materialları, o cümlədən 1 tona yaxın sement məhv olub.
Hazırda sözügedən kəndin bir hissəsində elektrik enerjisi kəsilib.