Astara rayonunda yanğın hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyul tarixində verir.
Hadisə rayonun Sərək kəndində qeydə alınıb. Ümumi sahəsi 45 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.