Astara rayonunun Pensər kəndinin ziyalılarından biri, uzun illər müəllim kimi çalışan Aydın Məmmədov vəfat edib.
Cenublu.az xəbər verir ki, Məmmədov Aydın Məmməd oğlu 1945-ci ildə Pensər kəndində anadan olub. O, 1968-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub,1974-cü ildə həmin institutu rus dili və ədəbiyyatı ixtisası üzrə fərqlənmə ilə bitirib.
O, rayonun Çayoba (keçmiş Telman) kəndində 40 ilə yaxın müəllim kimi çalışıb.
Allah rəhmət eləsin!