Astarada baş verən qəza qazın kəsilməsinə səbəb oldu.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Lələkəpeştə kəndində yük maşını qəza törədərək qaz xəttini birləşmə nöqtəsindən qırıb. Buna görə də, Təngərüd , Maşxan kəndləri və Kijəbə qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 1800 abonentin qaz təchizatı dayandırılıb.
İdarə bildirir ki, abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqları və təhlükəsizlik tədbirlərinə riayət etməkləri xahiş edilir.