Astaranın Ərçivan qəsəbəsində yanğın hadisəsi qeydə alınıb.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qoşqunun içərisinə yığılan 15,2 ton kömürün 0,2 tonu yanıb. Kömürün qalan hissəsi və qoşqu yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.