Astara Şahağac kənd kitabxana filialının təşkilatçılığı ilə açıq havada “Xatirələri danışan məktublar” adlı kitabın müzakirəsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 iyul tarixində verir.
Qeyd edək ki, bu kitab 27 sentyabr 2020-ci il tarixində başlayıb, 8 noyabr 2020-ci il tarixində Azərbaycanın böyük tarixi qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində ən ali məqama yüksələn şəhidlərimizin Vətənə əmanət olan övladlarının ataları haqqında xatirələrinin toplususdur.