top
Astarada vəfat etmiş şəxsə iki fərqli ölüm kağızı VERİLDİ
08 may 2025, 11:18
- ↺ +

Astarada vəfat etmiş şəxsə iki fərqli ölüm kağızı VERİLDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astarada dünyasını dəyişən şəxsə iki fərqli ölüm şəhadətnaməsi verilib.

Bununla bağlı Bizim.Media.az-a Astara rayon sakini Taclı Babayeva müraciət edib. Onun sözlərinə görə, ötən ilin martında vəfat edən oğlu Orxan Babayevin ölümü ilə bağlı ailəyə iki fərqli ölüm haqqında şəhadətnamə təqdim olunub. Ailəyə Qaradağ rayon Qeydiyyat şöbəsindən təqdim olunan ilk sənəddə ölüm səbəbi kimi “dəqiqləşdirilməmiş fəaliyyət zamanı” qeyri-müəyyən ölüm göstərilib. Bu sənəd 2024-cü il 7 iyun tarixinə rəsmiləşdirilib. Həmin qurumun təqdim etdiyi ikinci sənəddə isə ölüm səbəbi olaraq “digər sintetik narkotiklərlə zəhərlənmə” göstərilib və bu sənəd 2024-cü ilin 25 dekabrında imzalanıb.

Ölüm səbəbinin sənədlərdə fərqli göstərilməsi və biri “təkrar” möhürü ilə təqdim olunması Taclı Babayeva və ailəsini narahat edib. Ailə Baş Prokurorluğa rəsmi müraciət edərək, hadisənin yenidən və müstəqil ekspertiza ilə araşdırılmasını istəyib.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin mətbuat katibi Ləman Hüseynzadə sorğuya cavab verib:

“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölüm haqqında məlumat (eləcə də ölümün səbəbi) tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür və ölüm həmin gün dövlət qeydiyyatına alınır.

Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"nın 4.7-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar ardıcıllıqla qeyd olunur.

Ölüm haqqında akt qeydindəki məlumatlar ölüm haqqında tibbi şəhadətnaməyə uyğun qeyd edilir.

Həmçinin Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 10.2-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır.

Qeyd edilməlidir ki, hazırki iş üzrə O.Babayevin ölümü haqqında Səhiyyə Nazirliyindən ötürülmüş məlumatlarda ölümə səbəb olmuş xəstəlik kimi "digər sintetik narkotiklə zəhərlənmə" və  "dəqiqləşdirilməmiş fəaliyyət zamanı" qeyd edilmişdir. Ölüm haqqında akt qeydində ölümün hər iki səbəbi göstərildiyindən ölüm haqqında şəhadətnamələrdə ayrı-ayrı ölüm səbəblərinin qeyd olunması ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən araşdırma aparılır”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Bu gün, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

Oxşar xəbərlər