top
Astarada tükürpədən hadisə: İki oğlan məktəbdə qızı zorladı
11 fevral 2025, 06:28
- +

Astarada tükürpədən hadisə: İki oğlan məktəbdə qızı zorladı

Astarada iki dost sinif otağında məktəbli qızı zorlayıb.

Cenublu.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Nadir Əfəndiyev (ad şərtidir) 2008-ci ildə Astara rayonunda anadan olub. O, 2008-ci təvəllüdlü Rəhman Vəliyevlə (ad şərtidir) əlbir olub cinsi ehtiraslarını pozğun formada təmin etmək məqsədi ilə məktəb yoldaşı, 14 yaşına çatmayan Məryəm Musayevaya (ad şərtidir) qarşı seksual hərəkətlər edib. Onlar Alaşa kənd orta məktəbinin sinif otağında Məryəmin əl-qolunu tutaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olublar. Daha sonra qızın şəxsi video və şəkillərini yaymaqla şantaj ediblər.

Nadir Əfəndiyev və Rəhman Vəliyev Azərbaycan Respublikası CM-nin 150.3.3, 151 və 156.1-ci (seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirləndiriliblər.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nadir Əfəndiyev ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib:

“Sevinclə eyni məktəbdə oxuyuruq. 2023-cü ilin aprel ayında Rəhman Məryəmin onun ad gününü təbrik etdiyini, 2 dəfə məktəbdə görüşdüklərini dedi. Növbəti dəfə görüşə gedəndə məni də aparmasını istədim. Bir neçə gün sonra görüşümüz baş tutdu. Danışdıq ki, məktəbin zirzəmisində görüşək. Anam həmin məktəbin gözətçisi olduğu üçün açarlar bizdə olur. Odur ki, zirzəmiyə düşmədik, birlikdə məktəbin içərisinə daxil olduq və qapını içəridən bağladıq. Məryəm sinif otaqlarından birinə girib, əynindəki paltarları çıxardı. İlk dəfə Rəhman Məryəmə yaxınlaşdı. Hər ikimiz cinsi əlaqədə olduqdan sonra evə qayıtdıq. Bu proses davamlı təkrarlanırdı. Təxminən 4 ya da 5-ci görüşdən sonra Rəhman dedi ki, Sevincin qardaşı mesajları görüb.

40 gün sonra Məryəm Rəhmana yazaraq görüşməyi təklif edib. Məktəbdə görüşüb cinsi əlaqədə olan zaman qapıdan səs gəldi. Anladıq ki, anası Məryəmi axtarır. Sonra hər şeyin üstü açıldı. Biz onu şantaj etməmişik. Bir şəkil və 5 saniyəlik video çəkilib. Daha sonra onu telefonumdan silmişəm”.

Daha sonra məhkəmə zalında digər təqsirləndirilən -  Rəhman Vəliyev ifadə verib:

“Yanvarın 29-u Məryəm “TikTok”da mənə yazıb, ad günümü təbrik etdi. Məryəmdən soruşdum ki, ad günümə nə hədiyyə verəcəksən. O isə dedi ki, sabah gələrsən məktəbə, görərsən. Səhəri gün saat 17 radələrində məktəbin həyətinə getdim. Məryəm zirzəmiyə düşməyimizi təkid etdi. Zirzəmidə Məryəm əynindəki paltarları çıxararaq mənimlə cinsi münasibətdə olmaq istədi. Məryəm gecələr valideynləri yatandan sonra “TikTok”u yükləyib yazırdı. Nadirə qızla aramızda olan hər şeyi danışdım. Məryəmə Nadirin də gəlmək istədiyini bildirdim. Məryəm də “hə, yaxşı, “no problem” gəlsin” dedi.

Hər şey Məryəmin razılığı ilə olub. Nadirin bütün sözlərinə qatılıram. Ədalətli qərar veriləcəyinə inanıram”.

Zərərçəkmiş Məryəm Musayeva ifadəsində göstərib ki, o, 6-cı sinifdə oxuyan zaman Rəhmanla Nadir 8-ci sinifdə olub:

“Əvvəllər Rəhmanı sevirdim, qarşılığı olmadığı üçün əlaqəni kəsdim. “TikTok”dan istifadə etdiyimi valideynlərim bilmirdi. Rəhman “TikTok”da mənə yazdı. Bir neçə gün danışdıq. Rəhman sonra mənə yazaraq sinifdə görüşməyi, əlini bədənimə toxundurmağı təklif etdi. Razılaşmadığım təqdirdə mesajları qardaşıma göstərməklə hədələdi. Məcbur olub sinifə gedəndə Rəhman qolumdan tutub, “kalqotka”mı aşağı sürüşdürdü. Nadir də bizim belə şəkillərimizi çəkib, məni yola saldı.

Rəhman başladı həmin şəkillə məni şantaj etməyə. Nadirin anası məktəbdə gözətçi olduğu üçün açarları var idi. Rəhman məni şantaj edərək məktəbin zirzəmisinə gətirdi. Orada həm Rəhman, həm də Nadir mənimlə məcburi cinsi əlaqədə oldular. Daha sonra seksual hərəkətlər etdilər.

Sonra atamın məktəbin həyətində səsi gəldi. Hamımız gizləndik. Rəhman və Nadir onların adlarını deməməyimi xahiş etdilər. Evə gələndən sonra anama hər şeyi danışdım. Səhəri gün isə polis şöbəsinə getdik”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Sahib Əfəndiyev və Nicat Vəliyev hər biri 10 il müddətində azadlıqdan məhrum edilib.

 

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 17:10

Şəhid Sahil Babayevin doğum günüdür

Bütün xəbərlər
Dünən, 16:30

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı

Bütün xəbərlər
Dünən, 15:55

Cəlilabaddakı Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb

Bütün xəbərlər
Dünən, 15:10

Sütəmürdov körpüsünün altı zibilliyə çevrildi - VİDEO

Bütün xəbərlər
Dünən, 14:30

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Cəmiyyət
Dünən, 13:50

Astarada əmək yarmarkası keçiriləcək

Bütün xəbərlər
Dünən, 13:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:30

FHN: Ötən həftə 442 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb

Kriminal
Dünən, 11:45

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 11:15

Cəlilabadda itkin düşən şəxs qisas üçün öldürülübmüş – 7 il sonra üstü açıldı

Bütün xəbərlər
Dünən, 10:45

Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb

Bütün xəbərlər
Dünən, 10:15

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 09:46

Cəlilabadda qədim ocaq yerləri aşkarlandı

Kriminal
Dünən, 09:07

"Kahı" və "kərəviz" yükündə 79 kq narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
20 sentyabr 2026, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 18:17

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 17:41

Lənkəranda məktəb və bağça yolunu küçə itləri zəbt edib

İqtisadiyyat
19 sentyabr 2026, 17:00

Azərbaycanda ayaqqabı istehsalı artıb

İdman
19 sentyabr 2026, 16:15

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

Kriminal
19 sentyabr 2026, 15:30

Polis 40 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Kriminal
19 sentyabr 2026, 14:50

Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb

Bütün xəbərlər
19 sentyabr 2026, 14:10

İgid şəhidimizin doğum günüdür

Kriminal
19 sentyabr 2026, 13:34

Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Oxşar xəbərlər