Astarada şəhid Əli Babazadənin evində kitabxana xidməti təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 avqust tarixində verir.
Kitabxana xidməti Kələdəhnə kənd kitabxana filialının təşkilatçılığı ilə keçirilib.
Filial müdiri Ülviyyə Əsədova "Antiterror tədbirləri" zamanı şəhid olan leytenant Əli Babazadənin evində şəhidin atası Rüstəm Babazadəyə kitabxana fonduna daxil olmuş yeni kitablar haqqında məlumat verib.