top
Astarada oğul anasını döydü: “Evlənmək istəyirəm”
16 oktyabr 2024, 23:15
- ↺ +

Astarada oğul anasını döydü: “Evlənmək istəyirəm”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astara rayonunda 1990-cı il təvəllüdlü Pərviz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Zəminəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin avqustun 10-da Astara rayonunun kəndlərindən birində baş verib.

Pərviz həmin gün gecə saat 2 radələrində fərdi yaşayış evində anası Zəminə ilə aralarında olan ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı onun bədəninin müxtəlif nahiyələrinə əsa ilə qəsdən vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Pərviz barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittihamla özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, zərərçəkmiş Zəminə onun anasıdır, bir həyətdə ayrı evlərdə yaşayırlar:

"Son dövrlərdə anamla evlənməyim ilə bağlı mübahisələrimiz yaranır. Avqustun 10-da, gecə saat 2 radələrində yaşadığım evə gəldim. Həmin vaxt sərxoş vəziyyətdə olmuşam. Evə gəldikdə anam Zəminə gec gəldiyim üçün mənimlə mübahisə etməyə başladı. Anama bildirdim ki, 35 yaşım var, uşaq deyiləm. Mübahisə zamanı yenə evlənməyim barədə söhbət açıldı. Evlənmək istədiyimi dedim. Anam isə mənim ailəyə baxa bilməyəcəyimi söylədi. Anamın bu sözündən əsəbiləşdim və onun əlində olan əsanı alaraq bir neçə dəfə ayaq və bel nahiyələrindən vurdum".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Zəminənin sözlərinə görə, son dövrlərdə oğlu Pərviz spirtli içki içdiyi üçün onunla mübahisələri olur:

"Avqustun 10-da, gecə saat 2 radələrində Pərviz yenə içkili vəziyyətdə evə gəldi. Oğluma bunu irad bildirdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı oğlum hirslənərək əlimdəki əsanı götürdü, ayaq və bel nahiyələrimdən vurdu. Mübahisə bir neçə dəqiqə davam etdi. Pərviz əsa ilə vuraraq mənə xəsarət yetirdi".

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Pərviz cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Bu gün, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Bu gün, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Bu gün, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Oxşar xəbərlər