Astara şəhər 1 nömrəli, Pensər kənd 2 nömrəli və Rinə kənd tam orta məktəblərində "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda məktəblilərlə görüş təşkil olunub.
Cenublu.az xəbər verir ki, tədbirdə sağlam cəmiyyətin varlığını təhdid edən narkomaniya ilə mübarizə sahəsində atılan qətiyyətli addımlardan danışılıb, erkən nikahların səbəb olduğu ağır nəticələrdən, bu kimi neqativ hallara qarşı görülən işlərdən söz açılıb.
Məktəblilərlə görüşlərdə həmçinin, DİN-in Polis Akademiyasına qəbul barədə ətraflı məlumatlar verilib, məktəblilərin sualları cavablandırılıb.
Tədbir Astarada Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilib.