Astarada “Narkomaniya”ya və “Erkən nigaha yox deyək“ layihəsi çərçivəsində “Narkomaniya ilə mübarizə” adlı sərgi və tədbir keçirilib.
Cenublu.az Astara Heydər Əliyev Mərkəzinə istinadən xəbər verir ki, tədbir Heydər Əliyev Mərkəzinin və Dövlət Rəsm Qaleriyasının təşkilatçılığı ilə baş tutub.
Görüşdə mərkəzin direktoru Kübra Səmədova narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın cəmiyyətə təsirlərindən danışıb. “Narkomaniyaya yox deyək” videoçarxı göstərilib. Tədbir şagirdlərin sualları ilə davam edib və sərgi ilə başa çatıb.