Astarada "Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi" adlı görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 avqust tarixində verir.
Tədbir Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutub. Buraya RİH başçısı aparatının məsul işçiləri, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr və digər aidiyyəti şəxslər cəlb olunublar.
Görüşdə RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Bəsti xanım Əliyeva, şöbənin məsləhətçisi Elxan Hüseynov və rayon üzrə mediator Orxan İbrahimov mövzu ətrafında çıxış ediblər. Daha sonra iştirakçıların sualları cavablandırılıb.