Astarada kişinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyul tarixində Lent.az-a istinadən verir.
Hadisə Ərçivan qəsəbəsində qeydə alınıb. 49 yaşlı qəsəbə sakini Aslan Əliyev yaşadığı evdə ehtiyatsızlıqdan pilləkəndən yıxılaraq, baş nahiyəsindən xəsarət alıb. Nəticədə o, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.