Astara Gənclər Evində “Təcrübəni bölüş” layihəsi çərçivəsində maarifləndirici seminar olacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyul tarixində verir.
Seminar iyulun 4-də saat 15:00-da “Future Leaders Exchange” (FLEX) proqramının 2023-cü il qalibi Fatimə Əliyeva tərəfindən keçiriləcək. O, görüş müddətində gənclərə “FLEX nədir?”, “Necə və kimlər müraciət edə bilərlər?” kimi sualları cavablandıracaq.