Astarada "Erməni vandalizmi: Qərbi Azərbaycan abidələri" adlı film nümayiş olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 iyul tarixində verir.
Filmdən öncə erməni vandalları tərəfindən işğal olunmuş ərazilərimizdə tarixi və memarlıq abidələrimizin büsbütün dağıdıldığı, talan edildiyini diqqətə çatdırılıb. Daha sonra filmin təqdimatı həyata keçirilib.
Tədbirin keçirilməsində məqsəd ermənilər tərəfindən işğal edilmiş ərazilərimizdəki çoxsaylı tarixi abidələrin necə dağıdıldığını, məhv edildiyini gənc nəslə çatdırmaqdır.
Filmin təqdimatı Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin və Astara Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə baş tutub.