Astara rayonunda nəzarətsiz ərazidə dənizdə batan 29 yaşlı gəncin axtarışları hələ də davam etdirilir.
Cenublu.az Apa.az-a istinadən xəbər verir ki, əraziyə FHN-nin xeyli sayda canlı qüvvəsi cəlb olunub.
Xatırladaq ki, daha öncə Astara rayonu Kijəbə qəsəbə sakini Şamxal Həsənzadənin dənizdə batdığı barədə məlumat vermişdik.