Astara rayonunda tullantıların qalaqlanması faktları aşkar edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 avqust tarixində verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yoxlamalar keçirilib. Nəticədə Sığaluni kəndində zibillərin vaxtlı-vaxtında daşınmaması müəyyən olunub.
Faktlarla bağlı rayon sakinləri Adil və Habil Cabbarovlar barəsində akt, protokol tərtib olunub. Qanunamüvafiq tədbir görülüb.