Astara rayonunda Pensər çayı üzərində tikilmiş asma piyada körpüsünün yenidən quraşdırılması işlərinə başlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 iyul tarixində verir.
2023-cü ilin sentyabr ayında Şiyəkəran bələdiyyəsi ərazisində yerləşən körpünün dayaqları yuyulmuşdu. Bunun səbəbi yağan güclü leysan nəticəsində çayın səviyyəsinin qalxması idi.