Astarada kənd əhalisinə "Açıq kitabxana" xidməti göstərilib.
Cenublu.az xəbər verir ki, xidmət Sım kənd kitabxana filialının təşkilatçılığı ilə həyata keçirilib. Kitabxana müdiri Xaspolad Fətullayev fondda olan kitablar haqqında oxuculara məlumatlar verib.
Qeyd edək ki, belə xidmətlərin keçirilməsində məqsəd yay mövsümü ərzində yerli əhaliylə yanaşı kəndə gələn turistlərin də marağını kitabxanaya, kitablara və mütaliyəyə cəlb etməkdir.