top
Astara sakininə naməlum vəhşi heyvan hücüm edib
02 avqust 2024, 04:51
- ↺ +

Astara sakininə naməlum vəhşi heyvan hücüm edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astara rayonunun Rudəkənar kəndində cinsi tam məlum olmayan vəhşi heyvan kənd sakininə hücum edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 avqust tarixində Bizim.Media-ya istinadən verir.

Hadisə kənd sakini, 48 yaşlı Gündüz Abdullayevin həyətində baş verib.

Belə ki, itin hürməsini eşidən Gündüz çölə çıxanda əvvəlcə elə bilib ki, hansısa digər kənd iti onun itinə hücum edib. Hadisə yerinə yaxınlaşanda isə naməlum heyvan ovunu buraxıb və onun üzərinə atılıb. Hündür və güclü heyvanın hücumundan əvvəlcə özünü itirib zədələr alan Gündüz son anda müqavimət göstərməyi bacarıb.

Hücuma məruz qalan şəxs heyvanın çənəsini əlləri ilə aralı saxlayaraq onu parçalamasına imkan verməyib. Həmin heyvan Gündüzü bir neçə metr sürüyüb aparmağa çalışıb.

Yalnız Gündüzün həyat yoldaşı bıçaqla hadisə yerinə yaxınlaşdıqdan sonra heyvan qaçıb.

Hadisə nəticəsində müxtəlif xəsarətlər alan kənd sakini qonşuların köməyi ilə Astara rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bir çox kənd sakinlərinin fikrinə görə, bu vəhşi heyvan kaftar cinsinə mənsubdur, lakin kifayət qədər hündür və güclüdür.

İlk dəfədir ki, bu heyvan kəndin içərisinə qədər daxil olur.

Astara rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinin şöbə müdiri Turxan Oqtayzadə hücuma məruz qalan şəxsin bölməyə daxil olduqdan sonra yarasının təmizləndiyini və xəstəyə bir neçə tikiş qoyulduğunu bildirib.

Eyni zamanda ona quduzluq əleyhinə vaksin vurulub. Hazırda xəstənin müalicəsi ambulator şəkildə evdə davam etdirilir.

Kənd sakinləri bu hadisədən sonra uşaqların nəzarətsiz qalmamasına çalışdıqlarını bildirərək, kəndi hələ də qorxu altında saxlayan naməlum heyvanın məhv edilməsi üçün müvafiq qurumların müdaxilə etməsini xahiş edirlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:51

Cəlilabadda məktəbin yanındakı transformator təhlükə yaradır

Bütün xəbərlər
Bu gün, 17:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 16:30

Zəfərə 6 gün qalmış şəhid olan igidimiz

İdman
Bu gün, 15:55

"Erzurumspor" daha Nəriman Axundzadəni istəmir? — Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 15:11

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 14:33

Piylənmə diaqnozu qoyulan uşaqların çoxu oğlandır

Bütün xəbərlər
Bu gün, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Bu gün, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Bu gün, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Bu gün, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Bu gün, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Bu gün, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Bu gün, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Oxşar xəbərlər