Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyul tarixində verir.
Qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Növbəti qəbulda müxtəlif ərazilərdən ümumilikdə 10 nəfərə yaxın vətəndaş müraciət edib. Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilib, qeydiyyatı aparılıb.
Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.