Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Türkoba ərazisində keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyul tarixində verir.
Rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı onların müraciətlərini dinləyib, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerindəcə həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib və vətəndaşların müraciətinə həssaslıqla yanaşılaraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.