Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonunda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində yoxlama keçiriblər.
Cenublu.az AQTA-ya istinadən xəbər verir ki, monitorinq zamanı 20 Yanvar və Koroğlu küçələrində yerləşən obyektlərdə bir sıra nöqsanlar aşkar edilib. Nəticədə məntəqələrin sahibləri (Rəhim Səfərov və Şükür Həsənov) barəsində inzibati protokol tərtib edilib.