Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Lənkəran və Masallı rayonları üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində bir sıra nöqsanlar aşkar olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 iyul tarixində verir.
Belə ki, Lənkəran rayonunun Şiləvar yolunda - Ələt-Astara magistralında yerləşən Əhmədov Ramin Firudin oğluna, Masallı rayonunun 20 Yanvar küçəsində yerləşən Səfərov Balasət Rəhim oğlu və Kazımov Möhsüm Faiq oğluna aid məntəqələrdə nöqsanlar aşkarlanıb.
Hər bir sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib.