Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları bir sıra ticarət və ictimai iaşə obyektlərini cərimələyiblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 fevral tarixində verir.
Cəlilabad şəhərinin M.Hüseyn küçəsi, ev 91-də yerləşən "Zeytun Pharmaceuticals" MMC apteki mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi və saxlanma müddəti bitmiş məhsulların satışını həyata keçirdiyi üçün, həmçinin Masallı rayonunun Musaküçə kəndində Niftullayev Ərastun Qurban oğluna məxsus "Sərin" yeməkxanasında sanitar norma və qaydaların pozulduğu üçün sahibləri barəsində inzibati protokollar tərtib olunub.