Bu gün Vətən müharibəsi şəhidi İdrət Abdulovun doğum günüdür.
İdrət Abdulov 2001-ci il oktyabrın 5-də Lerik rayonunun Orand kəndində anadan olub.
Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 18-də Ağdərə istiqamətində şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.