Xəzər dənizinin geri çəkilməsi Lənkəran sahillərində yeni mənzərənin yaranmasına səbəb olub.
Dənizin geri çəkilməsi nəticəsində Lənkəranın Kənarmeşə kəndi sahilində ötən il üzə çıxan quru ərazilərdə artıq yaşıllıq əmələ gəlməyə başlayıb.
Sahildə formalaşan yeni quru sahələrdə müxtəlif bitkilərin, hətta bəzi ərazilərdə ağacların da cücərdiyi müşahidə olunur. Bu isə dənizin geri çəkilməsi ilə əvvəllər su altında qalmış ərazilərdə tədricən yeni ekosistemin formalaşdığını göstərir.
Qeyd edək ki, həmin ərazidə Xəzərin geri çəkilməsi nəticəsində əvvəlki illərdə iri gövdəli ağac qalıqları da üzə çıxmışdı. Bu fakt bir vaxtlar həmin ərazilərdə geniş meşə zolaqlarının mövcud olduğunu ehtimal etməyə əsas verirdi.
Mənbə: teleqraf.аz