Bu gün Vətən müharibəsi şəhidi Əlnur Gülalıyevin anım günüdür.
Əlnur Gülalıyev 25 dekabr 1997-ci ildə İmişli rayonunun Xəlfəli kəndində dünyaya göz açıb.
Vətən müharibəsində könüllü olaraq iştirak edib. O, 3 oktyabr 2020-ci ildə Füzulidə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Ölümündən sonra Əlnur Gülalıyev "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" medalları və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.