Azərbaycanda hazırda böyrək, qaraciyər, ürək, sümük iliyi və buynuz qişa transplantasiyasına ehtiyac duyan şəxslərin ümumi sayı 1500-dən çoxdur.
Bu barədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, böyrək üzrə 560-dan çox, qaraciyər üzrə 270-ə yaxın, ürək üzrə 50-dən çox, sümük iliyi üzrə 560-dan çox, buynuz qişa üzrə 70-dən çox şəxs orqan transplantasiyası üçün gözləmə siyahısında qeydiyyatdadır.
"Cari ilin ilk 9 ayında 200-ə yaxın transplantasiya əməliyyatı həyata keçirilib. Böyrək üzrə 80-dən çox, qaraciyər üzrə 40-dan çox, ürək üzrə 1, sümük iliyi üzrə 40-dan çox, buynuz qişa üzrə 20-dən çox transplantasiya əməliyyatı həyata keçirilib", - məlumatda vurğulanıb.