top
Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırıldı - RƏSMİ
Bu gün, 12:10
- ↺ +

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırıldı - RƏSMİ

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin III rübünü əks etdirən statistik məlumatları açıqlayıb.

Qurumdan verilən məlumata görə, əvvəlki dövrdə olduğu kimi cari ilin 9 ayı ərzində Dövlət Xidməti tərəfindən xidməti fəaliyyətin keyfiyyətinin və effektivliyinin artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və şəffaflığın təmin olunması, habelə vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilib.

Belə ki, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin müvafiq dövründə 122 əməkdaş (onlardan 72-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib. 

Məlumata görə, hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə aidiyyəti qanunvericilik və sahəvi normativ hüquqi aktlara əlavə və dəyişikliklər edilməsi nəticəsində həmin kateqoriyalı şəxslərə qarşı məsuliyyət tədbirləri sərtləşdirilmiş, hüquq-mühafizə orqanları ilə birgə onların yerlərinin müəyyənləşdirilib çağırışa cəlb olunması, barələrində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istiqamətində zəruri tədbirlər görülür və bu sahədə müsbət nəticələr əldə olunmaqdadır.

Bildirilib ki, tibbi şəhadətləndirilmə sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının müvafiq Fərmanının icrasının təmini məqsədilə, 01 iyul 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların dörd yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən həyata keçirilir. Tibbi şəhadətləndirmə prosesində iştirak edən aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin elektronlaşdırılması, habelə bu sahədə həyata keçirilən institusional və təşkilati optimallaşdırma tədbirləri proseslərin daha səmərəli təşkili üçün əlverişli şərait yaratmışdır. Görülmüş bu tədbirlər korrupsiya risklərinin azaldılmasına, fəaliyyətin şəffaflığının və hesabatlılığının artırılmasına mühüm töhfə verməkdədir.

Cari ildə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq dövlət qurumları ilə rəqəmsal sahədə inteqrasiya proseslərinin keçirilməsi, bu çərçivədə müvafiq məlumatların real vaxt rejimində fasiləsiz əldə olunması qərar qəbuletmə prosesində operativliyin və obyektivliyin təmin edilməsinə xidmət edir.

Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda "Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət", "Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə", "Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair", "Həqiqi hərbi xidmət keçmə haqqında", "Müddətli həqiqi hərbi xidmət barədə" və "Hərbi qeydiyyat" haqqında arayışlar, eləcə də tibbi şəhadətləndirilmənin nəticələri, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin edildikləri qoşun növləri barədə məlumatlar "MyGov" rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara təqdim olunur. Həmçinin, fərdi elektron səhifəsi ("MyGov" kabineti) üzərindən müvafiq müraciətlərin göndərilməsi və cavabların qəbulu təmin edilib.

Eyni zamanda, Xidmətin fəaliyyətinin tənzimlənməsi sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə əlaqədar olaraq, cari ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydası" qüvvəyə minib.

Belə ki, cari ilin əvvəlindən 2011-ci il təvəllüdlü, sentyabr ayından isə 2009 və 2010-cu il təvəllüdlü vətəndaşların ilkin hərbi qeydiyyata alınma prosesi (bildiriş, qərarların qəbulu və bu barədə məlumatlandırma) və tələb olunan sənədlərin alınması tam olaraq elektronlaşdırılmış və bütün prosesin Mygov platforması üzərindən həyata keçirilməsi, ilkin hərbi qeydiyyata alınma vəsiqəsinin kağız daşıyıcısının ləğv edilməsi xidmətdə şəffaflığın və vətəndaş məmnunluğunun artırılmasına səbəb olub.

Rəqəmsal sahədə yeniliklərdən biri də vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində süni intellekt imkanlarından istifadə olunmasıdır. Belə ki, laborator və digər diaqnostik müayinələrin nəticələrinin süni intellektə əsaslanan qərar-dəstək sistemi vasitəsilə avtomatik təhlil olunması nəzərdə tutulur. Sistem hər bir göstəricini müvafiq normativ göstəricilərlə (reference) müqayisə etməklə yanaşı, bir neçə göstəricinin birgə təhlilini aparacaq və ayrı-ayrılıqda diqqətdən kənarda qala biləcək, lakin müəyyən xəstəliklərin əlaməti ola bilən göstərici kombinasiyalarını aşkarlayacaq. Bu yanaşma insan amilindən qaynaqlanan səhvlərin – yorğunluq, diqqətdən yayınma və ya çoxsaylı parametrlər arasındakı gizli əlaqələrin nəzərdən qaçırılması kimi halların qarşısının alınmasına imkan verəcək.

Qeyd olunub ki, sistem yekun rəy verməyəcək, yalnız potensial risk profillərini, laborator və instrumental müayinələrin nəticələrindəki normadan kənarlaşma hallarını aşkarlayaraq həkim-ekspertin diqqətinə çatdıracaq və son qərar hərbi-həkim komissiyası tərəfindən qəbul ediləcək. Hazırda həmin proseslər aidiyyəti qurumlarla müzakirə və test mərhələsindədir.

Vətəndaşlara korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə 9100 Çağrı mərkəzinə və ya [email protected] elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və "MyGov" platformasına qoşulmaq üçün elektron kabinetlərin yaradılması tövsiyə olunur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Bu gün, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Bütün xəbərlər
Bu gün, 14:30

Azərbaycanda 1500-dən çox şəxs orqan köçürülməsi üçün növbə gözləyir

İqtisadiyyat
Bu gün, 13:55

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Bu gün, 13:16

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

İdman
Bu gün, 12:45

Ata yeni doğulan körpəsini evə yox, stadiona apardı

Bütün xəbərlər
Bu gün, 11:35

Xəzərin geri çəkildiyi ərazilərdə yeni ekosistem yaranır: Lənkəran sahilləri yaşıllaşır

Kriminal
Bu gün, 11:02

Lerikli qazi həyat yoldaşını qətlə yetirib

Bütün xəbərlər
Bu gün, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Bu gün, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Siyasət
Bu gün, 09:06

Salyanda qəza: avtomobil körpüyə çırpıldı

Bütün xəbərlər
Bu gün, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
03 oktyabr 2026, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
03 oktyabr 2026, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Oxşar xəbərlər