Bu gecə Biləsuvarda baş vermiş qətlin təfərrüatları məlum olub.
Rayonun Nərimankənd kənd sakini – 22 yaşlı İlkin Mehtiyev 26 yaşlı bibisi oğlu Milan Soltanlını öldürüb.
Belə ki, toy zamanı onlar arasında mübahisə yaranıb. Daha sonra tərəflər mübahisəni kənddə davam etdiriblər. Bu zaman İlkin Mehtiyev bıçaqla Milan Soltanlıya xəsarət yetirərək onu qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Sfera.аz