Yeni həftə Yer kürəsində geomaqnit aktivliyinin kəskin yüksəlməsi və maqnit qasırğası ilə başlayır.
UNİAN-ın yaydığı məlumata əsasən, oktyabrın 4-də başlayan geomaqnit dalğalanmaları bu gün G2 kateqoriyasına, yəni orta güclü səviyyəyə çatacaq.
Mütəxəssislərin proqnozuna görə, qasırğanın təsiri yaxın günlərdə tədricən zəifləyəcək, oktyabrın 6-7-də isə geomaqnit fonun tam sabitləşməsi və prosesin başa çatması gözlənilir.