Cənublu müəllimlər "TOP-150"də: "İlin gənc müəllimi-2026"nın ən yaxşıları
Müəllimlər arasında keçirilən "İlin gənc müəllimi-2026" müsabiqəsində "TOP-150"yə daxil olan müəllimlərin siyahısı müəyyənləşib.
Müsabiqənin əsas məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən və təhsil sahəsində fərqlənən gənc müəllimləri ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.
1000-dən çox müraciətin daxil olduğu müsabiqədə müəllimlərin təqdim etdiyi məlumatlar təşkilatçıların müəyyən etdiyi ekspertlər qrupu tərəfindən 100 ballıq şkala əsasında qiymətləndirilib. Nəticələrə əsasən növbəti mərhələyə vəsiqə qazanan TOP-150 müəllim müəyyənləşib.
Siyahıda Saatlıdan olan müəllim 1-ci yerdə qərarlaşıb. Bundan başqa, bölgəmizin digər rayonlarından olan müəllimlər də TOP-150-də yer alıblar.
Onlardan 50 müəllim növbəti mərhələyə keçəcək. Final mərhələsində seçilən 10 müəllim isə onlayn səsverməyə çıxarılacaq. Həm fəaliyyəti, həm də səsvermə nəticələri ilə fərqlənən müəllimlər qalib elan olunacaqlar.
1000-dən çox müraciət arasından seçilən və Cənub bölgəsini təmsil edən müəllimləri tutduqları yerlər üzrə təqdim edirik:
1.Eltac Əlizadə - Saatlı şəhəri Valeri Əsgərov adına 4 nömrəli tam orta məktəbin Fizika müəllimi;
2. Arzu Əliyeva - Salyan rayonu Çadırlı kənd ümumtəhsil məktəbinin direktoru və müəllimi;
3. Aişə Əhmədova - Salyan rayonu R.Quliyev adına Ərəbqardaşbəyli kənd tam orta ümumtəhsil məktəbinin İngilis dili müəllimi;
4. Məhərrəm Qafarov - Salyan rayon Elxan Ağayev adına Arbatan kənd tam orta ümumtəhsil məktəbinin Riyaziyyat müəllimi;
5. Əfsanə Teymurova - Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbinin Təsviri incəsənət müəllimi;
6. Ruhəngiz Əkbərova - Sabirabad rayonu Axtaçı-muğan kənd tam orta məktəbinin Kimya müəllimi;
7. Cəbrayıl Ağazadə - Cəlilabad şəhər 8 nömrəli texniki və humanitar fənlər təmayüllü liseyin Coğrafiya müəllimi;
8. Nəsibə Məmmədova - Sabirabad rayon Yuxarı Axtaçı kənd tam orta məktəbinin Tarix müəllimi;
9. Məhərrəm Rüstəmov – Lerik rayonu Mikayıl Qasımov adına Bibiyoni kənd tam orta məktəbinin müəllimi;
10. Gülsüm Ağayeva - Biləsuvar rayonu Ağayrı kənd ümumi orta ümumtəhsil məktəbinin Biologiya müəllimi;
11. Könül Rzayeva - Yardımlı rayonu 3 saylı orta məktəbinin İbtidai sinif müəllimi;
12. Aygün Kərimova - Lənkəran rayon Digah kənd məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
13. Aytac Xəlilzadə - Astara rayonu Nizami Əliyev adına Maşxan kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
14. Samid Dadaşov - Lerik rayonu Hamarat kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
15. Günay Məmmədova - Cəlilabad rayonu Xəlilabad kənd tam orta məktəbinin Biologiya müəllimi;
16. Xanım Allahyarova - Saatlı rayon Ələhməd Əhmədov adına Qaracalar kənd tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;
17. Zümrüd Fərzəliyeva - Sabirabad Rayon İ.Məmmədov adına Azad kənd tam orta məktəbinin Musiqi müəllimi;
18. Ceyran Cəfərova - Masallı rayonu Qızılağac kənd 2 saylı tam orta ümumtəhsil məktəbinin İngilis dili müəllimi;
19. Elşanə Nəsirova - Sabirabad rayonu Xəlfəli kənd tam orta məktəbinin müəllimi;
20. Selcan Məmmədzadə - İmişli rayonu Muradxanlı kənd Sahib Qarayev adına tam orta ümumtəhsil məktəbinin müəllimi;
21. Elvin Məmmədov - Salyan rayon Kolanı kənd ümumi orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;
22. Nərmin Məmmədova - Lənkəran şəhər humanitar fənlər təmayüllü gimnaziyada Azərbaycan dili və ədəbiyyat müəllimi;
23. Fidan Abdullayeva - Masallı rayon Banbaşı kənd Cavanşir Qasımov adına tam orta ümumtəhsil məktəbində İnformatika müəllimi;
24. Nübar Hüseynli - Sabirabad rayonu B.Ağayev adına Ulacalı kənd tam orta məktəbində İbtidai sinif müəllimi;
25. Şahanə Abuşova - Saatlı rayon Nabatkənd kənd İkram Ağayev adına tam orta məktəbdə Təsviri incəsənət müəllimi;
26. Pərvanə Mehdiyeva – Salyan rayonu Elxan Ağayev adına Arbatan kənd tam orta ümumtəhsil məktəbinin İngilis dili müəllimi;
27. Elnarə Güləliyeva - Salyan rayonu Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor müavini;
28. Şəbnəm Cəfərli - Lənkəran rayonu Bilal Əliyev adına Xolmili kənd tam orta ümumitəhsil məktəbinin Biologiya müəllimi;
29. Elnurə Həbibli - Lənkəran rayon A.Əsədullayev adına Şağlaser kənd ümumi orta məktəbinin İngilis dili müəllimi;
Mənbə: AzEdu.az