“Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə heyətinin sədri Mehman Veysəlov Cəlilabadda vətəndaşları qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, qəbul sentyabrın 20-si, saat 10:00-da Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.
Qəbulda Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı vətəndaşların müraciətləri cavablandırılacaq, digər məsələlərin həlli ilə bağlı tədbirlər görüləcək.
Qəbulda iştirak etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-11-15) zəng edərək qeydiyyatdan keçmək mümkündür.