top
Xalq artisti hiddətləndi: Atdığım baltanın ölçüsü nə qədər idi?
16 yanvar 2025, 06:47
- +

Xalq artisti hiddətləndi: Atdığım baltanın ölçüsü nə qədər idi?

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Report.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid qismində dindirilən "MedEra" hospitalın tibb bacısı Aynurə Paşazadə bildirib ki, insident baş verən gün səhər saatlarında işə gələrkən söyüş səsləri eşidib:

"Ağadadaş müəllimin balta atdığını gördüm. Balta Nəzakət xanıma dəydi. O, söyüş söyürdü. Nurəddin də özünü qorumaq üçün qarşılıq verirdi. Sonra Nurəddin təcili yardıma yaxınlaşdı. Ağzı və burnu qan içində idi. Həmin gün növbəni təhvil alarkən gecə saatlarında daxil olan xəstələrin siyahısını da təhvil vermişdilər. Ağadadaş Ağayevin də həmin gecə bizim hospitala müraciət etdiyini bilirdim".

Ağadadaş Ağayev hiddətlənərək şahidə bir neçə sual ünvanlayıb.

"Atdığım baltanın ölçüsü nə qədər idi? Nə rəngdə idi? Ət baltası idi?", - Xalq artisti şahidə sualında bildirib.

Aynurə Paşazadə sözügedən baltanın xüsusiyyətlərini prosesdə sadalayıb.

Daha sonra prosesdə ifadə verən şahid Firdovsi Səfərov deyib ki, taksi fəaliyyəti ilə məşğul olur və hadisə vaxtı "MedEra" hospitalın qarşısında olub:

"Nurəddinin söyüş söydüyünü gördüm. Yaxınlaşıb niyə söyüş söydüyünü soruşdum. Dedi, Ağadadaş həkim istəyir. Dedim ki, ayıbdır, həkim istəyir, çağır. Mən gələndə Ağadadaş müəllim yerdəydi, yaxınlaşıb yerdən qaldırdım".

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Bu gün Ağadadaş Ağayevin "MedEra" hospitala, eləcə də hospitalın xalq artistinə qarşı qaldırdığı mülki iddiaya xitam verilib.

Lakin həm Ağadadaş Ağayevin, həm də Nurəddin Cəlilovun barəsində açılan cinayət işləri üzrə məhkəmə prosesləri davam edir.

Bu gün keçirilən iclasda məhkəmə xalq artistinin cinayət işi üzrə olan prosesi yanvarın 23-nə kimi təxirə salıb.

Xatırladaq ki, hadisə ötən ilin iyul ayında baş verib.

Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.

Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:10

DYP kənd texnikası sürücülərinə müraciət etdi

İqtisadiyyat
Bu gün, 11:31

Azərbaycan nefti ucuzlaşıb

Bütün xəbərlər
Bu gün, 10:49

Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu

Bütün xəbərlər
Bu gün, 10:09

"Torpaqlarımız qayıdacaq, amma mən qayıtmaya bilərəm..." – Şəhiddən qalan son foto

Bütün xəbərlər
Bu gün, 09:29

19 yaşlı lənkəranlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 18:00

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 17:10

Şəhid Sahil Babayevin doğum günüdür

Bütün xəbərlər
Dünən, 16:30

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı

Bütün xəbərlər
Dünən, 15:55

Cəlilabaddakı Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb

Bütün xəbərlər
Dünən, 15:10

Sütəmürdov körpüsünün altı zibilliyə çevrildi - VİDEO

Bütün xəbərlər
Dünən, 14:30

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Cəmiyyət
Dünən, 13:50

Astarada əmək yarmarkası keçiriləcək

Bütün xəbərlər
Dünən, 13:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:30

FHN: Ötən həftə 442 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb

Kriminal
Dünən, 11:45

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 11:15

Cəlilabadda itkin düşən şəxs qisas üçün öldürülübmüş – 7 il sonra üstü açıldı

Bütün xəbərlər
Dünən, 10:45

Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb

Bütün xəbərlər
Dünən, 10:15

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 09:46

Cəlilabadda qədim ocaq yerləri aşkarlandı

Kriminal
Dünən, 09:07

"Kahı" və "kərəviz" yükündə 79 kq narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
20 sentyabr 2026, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 18:17

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 17:41

Lənkəranda məktəb və bağça yolunu küçə itləri zəbt edib

İqtisadiyyat
19 sentyabr 2026, 17:00

Azərbaycanda ayaqqabı istehsalı artıb

Oxşar xəbərlər