Masallıda yeni doğulan körpənin ölümünə səbəb həkim səhlənkarlığı olub. Bu barədə Masallı Rayon Mərkəzi Xəstəxanasında doğuş edən 17 yaşlı Səfurə Qubadovanın qayınanası bildirib.
"Nəvəmi bilə-bilə özləri öldürdülər. Xəstəxanadan şikayətçiyəm. Bizi Lənkərana göndərdilər. Orada dedilər ki, təbii doğuş olacaq, gecə ağrısı tutanda gətirək. Gəlinim dedi ki, onu ayağa durmağa qoymayıblar. Uşaq qan içində boğularaq ölüb", – deyə o qeyd edib.
Qeyd edək ki, ötən gün Masallı rayonu, Təklə kənd sakini, 17 yaşlı Səfurə Qubadovanın doğuşu zamanı çəkisi 2,8 kq olan ölmüş qız uşağı dünyaya gəlib.