top
14 yaşlı qızı hamilə qoyan şəxsə CƏZA
19 mart 2025, 04:07
- ↺ +

14 yaşlı qızı hamilə qoyan şəxsə CƏZA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağcabədidə yeniyetmə qızla evlənən oğlana cəza verilib.

Cenublu.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Qabil Əliyev (ad şərtidir) 2001-ci ildə Ağcabədidə anadan olub. O, ötən ilin may ayında yaşadığı evdə həmkəndlisi, 14 yaşlı Nəzrin Qurbanova (ad şərtidir) ilə cinsi əlaqəyə girib. Daha sonra may ayı ərzində iki dəfə təkrarən cinsi əlaqədə olub.

Qabil Əliyev Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Qabil Əliyev özünü təqsirli bilib. İfadəsində göstərib:

“Nəzrin həm qonşum, həm də həmkəndlimdir. Onunla bir-birimizi görüb bəyənmişdik. Sevgi münasibəti yaşayırdıq. Onu sevdiyimi və evlənmək istədiyimi anama dedim. O da Nəzrinin anasına məlumat verdi. Ailələrin razılığı ilə 2024-cü ilin aprel ayında Nəzringilin evində nişan etdik. Valideynlərimiz qız on səkkiz yaşa çatdıqda rəsmi nikaha daxil olacağımızı bildirdilər. Bir müddət keçəndən sonra Nəzrin evlənmək üçün tələsdirməyə başladı. Mənə dedi ki, cinsi əlaqədə olacağımız halda ailələr nikaha icazə verəcəklər. Bunu deyərək cinsi əlaqədə olmağı təklif etdi. Mən də onun istəyi ilə cinsi münasibətdə oldum. Onun razılığı ilə həmin ay iki dəfə cinsi əlaqədə olduq. Amma düşünmürdüm ki, buna görə həbsə atılım.  

Bir neçə ay sonra Nəzrin hamilə olduğunu dedi, buna görə ailədaxili toy etdik. Hamiləliyinin 5-ci ayında xəstəxanaya aparanda polis əməkdaşları məni tutdu”.

Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş Nəzrin Qurbanova ifadə verib:

“Qabillə bir-birimizi görüb sevdik. Bir müddət keçdikdən sonra hər ikimiz ailəmizə bildirdik və onun anası bizə elçi gəldi. Aprelin 21-i nişanlandıq. May ayında öz razılığımla Qabillə cinsi əlaqədə oldum. Bundan bir müddət sonra hamilə olduğumu bildim, bu barədə anama və Qabilə məlumat verdim. Ailə içində toy etdik və mən Qabilgilnən yaşamağa başladım. Yoxlanış üçün xəstəxanaya müraciət etdiyim üçün polislər xəbər tutdu”.

Sonda məhkəmənin qərarı ilə Qabil Əliyevə 6 il müddətində şərti cəza verilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Bu gün, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Bu gün, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Bu gün, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Bu gün, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Bu gün, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Bu gün, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Oxşar xəbərlər