Cəlilabad rayonunun Uzuntəpə yaşayış məntəqəsində artefaktlar aşkar edilib.
Cenublu.az xəbər verir ki, faktla bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının (ADPU CF) müəllimi, Arxeologiya üzrə doktorant, baş müəllim Ə.Mirzəzadə məlumat verib.
Qeyd olunub ki, təsərrüfat işləri zamanı üzə çıxan maddi-mədəniyyət nümunələri universitetin tələbəsi tərəfindən ADPU CF-nin muzeyinə təhvil verilib.
Bu artefaktların – məişət əşyalarının dövrü ilə bağlı araşdırmalardan sonra məlumat veriləcəyi bildirilib.
[URIS id=67130]