top
Lənkəranda Vətən müharibəsi iştirakçısının iş yerində yıxılaraq ölməsi ilə bağlı TƏFƏRRÜATLAR - VİDEO
08 oktyabr 2024, 01:20
- +

Lənkəranda Vətən müharibəsi iştirakçısının iş yerində yıxılaraq ölməsi ilə bağlı TƏFƏRRÜATLAR - VİDEO

Lənkəranda işlədiyi sexdə yıxılaraq dünyasını dəyişən 31 yaşlı Elgün Rzazadə barədə bəzi detallar məlum olub. Məhrumun qohumu Eldar Alxaslının Cenublu.az-a verdiyi açıqlamada bildirib ki, hadisə nəticəsində Elgün qolundan və başından zədə alıb:

“Elgün mənim qaynımın yeznəsidir, elə mənim də yeznəmdir. Çox çevik uşaq idi. Özü də qazi idi. Saat axşam saat 7 radələrində mənə məlumat çatdı ki, Elgün tikintidə yıxılaraq xəsarət alıb və xəstəxanaya aparılıb. Xəstəxanaya çatanda gördüm ki, artıq vəfat edib. Hikmət həkim məni çağırıb dedi ki, əlimizdən gələni eləmişik. Onun bir qolunda zədə var idi, bir də başında, başqa heç bir yerində zədə yox idi.”

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib ki, mərhum ağır vəziyyətdə gətirilib:

“07.10.2024-cü il tarixində saat 15:05 radələrində Lənkəran rayonu Bəlləbur kəndində baş vermiş bədbəxt hadisə nəticəsində 1 nəfər (kişi cinsli) şəxs sağ mil sümüyünün distal ucunun sınığı, kürək sümüyünün sınığı, qapalı kəllə beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, bütün reanimasyon tədbirlərə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb”.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elgün Rzazadə Vətən müharibəsinin iştirakçısı idi. O, Şuşa uğrunda gedən döyüşlərdə vuruşub. Göstərdiyi şücaətə görə medalla təltif olunub.

Elgün Rzazadə ailəli olub və iki övladı var.

Ətraflı teleqram kanalımızda:

https://t.me/cenublu_az/6839

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:59

Lənkəran Dövlət Dram Teatrının sabiq baş rəssamı vəfat edib

Bütün xəbərlər
Bu gün, 09:59

Lənkəran Dövlət Dram Teatrının sabiq baş rəssamı vəfat edib

Bütün xəbərlər
Bu gün, 09:18

İmişlidə kişi həyətdə yıxılıb öldü

Cəmiyyət
Dünən, 18:15

Lənkəranda 24 saat işləyən apteklər hansılardır?

Bütün xəbərlər
Dünən, 17:35

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
Dünən, 17:04

İmişlidə susuzluq həyatı iflic edib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:33

Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Bütün xəbərlər
Dünən, 16:03

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
Dünən, 15:32

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:01

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

Bütün xəbərlər
Dünən, 14:29

Lənkəranda qəza: 3 nəfər xəsarət alıb - VİDEO

Bütün xəbərlər
Dünən, 13:55

Neftçalalı Xalq rəssamı Sakit Məmmədovun doğum günüdür

Bütün xəbərlər
Dünən, 13:26

Ödənişi yüksək olan özəl bağçaların müsabiqədən keçmək şansı az olacaq - MÜTDA

Kriminal
Dünən, 12:57

Sım şəlaləsində çiməni təhqir etdi, həbs olundu

İqtisadiyyat
Dünən, 12:25

Məşhur şadlıq sarayı 3,5 milyon manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 11:58

DİM taksi sürücüləri üçün imtahan keçirəcək

Bütün xəbərlər
Dünən, 11:30

MİQ-də vakansiya seçimi başladı

Bütün xəbərlər
Dünən, 11:00

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:29

Astaranın bu kəndlərində qaz kəsiləcək

Kriminal
Dünən, 09:56

Saatlıda cinayət: Sevgilisinin azyaşlı qızına təcavüz etdi

Bütün xəbərlər
Dünən, 09:15

Bağçalara qəbulda yeni növbələrin yaradılması müvəqqəti dayandırıldı

Bütün xəbərlər
04 avqust 2026, 18:00

Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb

Bütün xəbərlər
04 avqust 2026, 17:24

Cenublu.az yazdı, problem dərhal həll olundu

Kriminal
04 avqust 2026, 16:58

Polis 56 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Oxşar xəbərlər